Ermənistan Atom Elektrik Stansiyası (AES) beş aylıq planlı təmirdən sonra fəaliyyətini bərpa edib və ölkənin vahid elektrik şəbəkəsinə qoşulub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan məlumat verib.
Nazir sosial mediada yazıb: "1 sentyabr 2026-cı ildə planlı təmir işlərinin uğurla başa çatmasından sonra Ermənistan AES-in (AES) 2-ci bloku yenidən işə salınıb və ölkənin vahid elektrik şəbəkəsinə qoşulub".
Region üçün təhlükə yaradan AES-in planlı təmir işləri 1 apreldə başlayıb və 153 gün davam edib.




