Türkiyə 1-ci liqasında 5-ci turun oyunu keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun çıxış etdiyi “Bursaspor” doğma meydanda “İstanbulspor”u qəbul edib.
Oyun "Bursaspor"un 4:0 hesablı qələbəsi ilə başa çatıb. Toral Bayramov oyunun 70-ci dəqiqəsində, komandası hesabda 3:0 irəlidə olanda daxil olub.
Qeyd edək ki, "Buraspor" hazırda 12 xalla 2-ci pillədə qərarlaşıb.




