Bakıda keçirilən "Turan Tovuz" - "Fənərbaxça" oyunu matçın 34-cü dəqiqəsində yarımçıq dayanıb.
Bakıvaxtı.az xəbər verir ki, baş hakim Rəvan Həmzəzadə İstanbul klubunun futbolçusu Meyson Qrinvuda qırmızı vərəqə göstərib.
Nəticədə qonaq komandanın oyunçular etiraz edərək meydandan çıxmağa cəhd göstəriblər. Mateo Genduzi komandanı kənara çəkib. Daha sonra hadisəyə baş məşqçilər və klub rəsmiləri müdaxilə ediblər.
















