• Bakı 21° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Gündoğdunun qalmaqallı səs yazısı üzə çıxdı

İDMAN

03 Oktyabr 2026 | 20:10 | Müəllif: Əli Hüseynov

Gündoğdunun qalmaqallı səs yazısı üzə çıxdı

Hakimlərlə bağlı araşdırma çərçivəsində həbs edilən Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdunun məhkəmədə verdiyi ifadə üzə çıxıb.

Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, Fərhat Gündoğdu hakim Kerem Ersoyu onu təhdid etmədiyini, əksinə, "böyük qardaş kimi" məsləhət verdiyini bildirib.

Gündoğdu Kerem Ersoyun TFF və MHK rəhbərliyi barədə həmkarları arasında xoşagəlməz ifadələr işlətdiyini öyrəndiyini deyib. O, bu barədə Ersoyun keçmiş hakim olan atasına da məlumat verdiyini bildirib.

"Yarandığı dövrdə səlahiyyətim daxilində onun hakimliyinə xitam verdirə bilərdim, amma bunu etmədim", - Gündoğdu ifadəsində deyib.

O, Ərsoyu təhdid etmədiyini vurğulayıb:

"Onu çağırıb böyük qardaş kimi danışaraq məsləhətlər verdim, təhdid etmədim. Günahsızam, azadlığa buraxılmağımı xahiş edirəm".

MHK rəhbəri səs yazısının telefonunda olduğundan xəbərsiz olduğunu da bildirib:

"Mən həmin yazının telefonumda olduğunun fərqində belə deyildim. Mənə göstəriləndə xatırlamadım, buna görə də cavab verə bilmədim".

Gündoğdu "WhatsApp" yazışmaları ilə bağlı isə vəzifəsindən sui-istifadə etmədiyini və mesajların MHK sədri kimi vəzifəsi ilə əlaqədar olduğunu bildirib.

Bu arada, Gündoğdu ilə hakim Ərsoy arasındakı söhbətin səs yazısında MHK rəhbərinin "Ya hakimliyi burax, ya da adam ol" dediyi eşidilir.

Səs yazısında Gündoğdunun Ərsoya "Mən sənin hakimliyinə xitam verib-verməmək arasında qalmışam. Sənə son şans verirəm" dediyi, həmçinin MHK barədə bir daha heç yerdə danışmaması barədə xəbərdarlıq etdiyi bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026