• Bakı 26° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilir

CƏMİYYƏT

04 Sentyabr 2026 | 13:25

Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilir

Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində konsert proqramı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir Fidan Hacıyevanın adını daşıyan musiqi məktəbinin “Mezzo” zalında təşkil olunub.

Konsertdə Azərbaycanın Xalq artisti Fidan Hacıyeva ilə yanaşı, gənc peşəkar vokal solistləri də çıxış edib.

Qeyd edək ki, Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı sentyabrın 7-dən dekabrın 7-dək Bakı və Azərbaycanın müxtəlif şəhərləri, eləcə də xarici ölkələrdə keçiriləcək.

Festival çərçivəsində müxtəlif konsert proqramlarının, o cümlədən ali təhsil müəssisələrində tədbirlərin təşkili nəzərdə tutulur.

Festivalın əsas istiqamətlərindən biri “Gənc səslər gələcəyə səslənir” layihəsidir. Layihə istedadlı gənc vokal ifaçılarını üzə çıxarmaq, onların peşəkar səhnədə çıxış imkanlarını genişləndirmək və opera sənətinə marağı artırmaq məqsədi daşıyır.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Sentyabr 2026