• Bakı 22° C

    2.99 m/s

Kuba: ABŞ enerji avadanlıqlarının çatdırılmasını əngəlləyir

DÜNYA

04 Sentyabr 2026 | 12:07 | Müəllif: Gülşən Şərif

Kuba: ABŞ enerji avadanlıqlarının çatdırılmasını əngəlləyir

ABŞ-nin təzyiqi səbəbindən Kubaya göndərilən enerji avadanlıqları, ərzaq və dərman daşıyan konteynerlər adaya çatdırıla bilmir. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Oskar Perez-Oliva deyib.

Onun sözlərinə görə, konteynerlər ABŞ tərəfindən qanunsuz olaraq saxlanılıb:

"Vaşinqtonun hərəkətləri beynəlxalq ticarət qaydalarına və Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ziddir. Vaşinqtonun təzyiqi əhalimizin çox ehtiyac duyduğu qida və dərmanların çatdırılmasını mümkünsüz edib. Dərman çatışmazlığı vacib tibbi prosedurlara məhdudiyyətlər qoyur və ölümlərə səbəb olur. Həmçinin enerji avadanlıqlarının çatdırılmasında gecikmə enerji təchizatı vəziyyətinin kritik olduğu Kubaya xüsusilə ciddi təsir göstərir".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026