• Bakı 26° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

"Volkswagen"də 50 000 iş yeri ixtisar olacaq

DÜNYA

04 Sentyabr 2026 | 13:33

"Volkswagen"də 50 000 iş yeri ixtisar olacaq

"Volkswagen" Direktorlar Şurası Almaniyanın dörd zavodunda 50 000-ə qədər iş yerinin ixtisar edilməsini və avtomobil istehsalının dayandırılmasını əhatə edən sadələşdirmə proqramını təsdiqləyib.

Bakıvaxtı.az "Associated Press"ə istinadən xəbər verir ki, qərar Çin istehsalçılarının təzyiqi və ABŞ-nin tarif siyasətinin nəticələri qarşısında rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır. Bu qərar qrupun baş direktoru Oliver Blumun planının bir hissəsi olaraq qəbul edilib.

Şirkət bildirib ki, proqram model çeşidinin təxminən 50% azaldılmasını, eləcə də Emden, Zvikau, Hannover və Nekkarsulmdakı istehsal sahələrinin tutumunun yenidən nəzərdən keçirilməsini əhatə edir. İşçi sayında dəyişikliklər isə təxminən 50 000 nəfərə, o cümlədən rəhbər şəxslərə təsir edəcək. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Sentyabr 2026