• Bakı 26° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

Qazaxıstan 2027-ci ildə neft hasilatını azaldacaq

İQTİSADİYYAT

04 Sentyabr 2026 | 13:26

Qazaxıstan 2027-ci ildə neft hasilatını azaldacaq

 Ən böyük Tengiz yatağında təmir işlərinin bu ildən gələn ilə təxirə salınması səbəbindən Qazaxıstanda neft hasilatı 2027-ci ildə azalacaq.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Milli Bankının rəhbəri Timur Süleymenov açıqlama verib.

O, bildirib ki, Milli Bank cari il üçün 98 milyon ton neft hasilatı ssenarisini nəzərdən keçirib və sonradan bu ssenari 96 milyon tona endirilib. Milli Bank 2027-ci il üçün hesablamalarında 96 milyon ton neft hasilatı ssenarisini nəzərdən keçirir.

Qeyd edək ki, Tengizdən əlavə, Qazaxıstandakı Kaşağan yatağında da təmir işləri 2026-cı ildən 2027-ci ilə təxirə salınıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Sentyabr 2026