• Bakı 25° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

ASCO-nun mənfəəti 38 dəfə artıb

CƏMİYYƏT

04 Sentyabr 2026 | 11:57

ASCO-nun mənfəəti 38 dəfə artıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) bu ilin I yarısını 23,386 milyon manat mənfəətlə başa vurub.

Bakıvaxtı.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,85 dəfə çoxdur.

Yanvar-iyun aylarında ASCO-nun əməliyyat gəlirləri 256,421 milyon manat (1 il əvvələ nisbətən 3,6 % çox), o cümlədən dəniz nəqliyyatı xidmətindən gəlirləri 113,105 milyon manat (13,2 % çox), yük və sərnişin daşımalarından gəlirləri 127,584 milyon manat (1,9 % az), digər gəlirləri isə 15,732 milyon manat (9,9 % az) təşkil edib.

Bundan başqa, dövlət şirkət 6 ay ərzində 3,66 milyon manat qeyri-əməliyyat gəlirləri də əldə edib (ötən ilin eyni dövründə xərc olub).

Hesabat dövründə gəmiçiliyin ümumi xərcləri isə 236,695 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 4,35 % azdır.

Bu il iyulun 1-nə ASCO-nun aktivləri 1 milyard 789,666 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,3 % azdır. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 18,3 % artaraq 603,904 milyon manata çatıb, balans kapitalı isə 7,7 % azalaraq 1 milyard 185,762 milyon manata düşüb.

Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100 % dövlətə məxsusdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Sentyabr 2026