Mədəniyyət Nazirliyinin regionlardakı dövlət teatrlarında direktor və direktor müavini vəzifələri üçün elan etdiyi müsabiqəyə, ilkin məlumata görə, 191 müraciət daxil olub.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ilkin dəyərləndirmələr nəticəsində 184 müraciət müsabiqədə iştirak üçün qəbul edilib.
Üzərində düzəliş edilməsi üçün 4 müraciət geri qaytarılıb, 3 müraciətdən isə imtina olunub.
Xatırladaq ki, müsabiqəyə müraciət avqustun 31-də başa çatıb. Hazırda digər müraciətlər üzrə dəyərləndirmələr davam etdirilir.




