• Bakı 22° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

PISA 2025: Azərbaycandan neçə şagird iştirak edib?

CƏMİYYƏT

04 Sentyabr 2026 | 10:55

PISA 2025: Azərbaycandan neçə şagird iştirak edib?

“Azərbaycan üzrə PISA beynəlxalq qiymətləndirmə tədqiqatında 7 432 şagird iştirak edib”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev qeyd edib.

O bildirib ki, PISA 2025 tədqiqatında 91 ölkə üzrə 760 min şagird iştirak edib. Bu göstərici ümumilikdə 33 milyon nəfər 15 yaşlı şagirdi təmsil edir.

Elnur Əliyevin sözlərinə görə, Azərbaycan üzrə isə tədqiqatda 7 432 şagird iştirak edib və onlar ölkədə 118 min nəfər 15 yaşlı şagirdi təmsil edir.

Qeyd edək ki, PISA çərçivəsində şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqları, eləcə də həmin bilikləri real həyatda tətbiq etmək qabiliyyətləri qiymətləndirilir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Sentyabr 2026