• Bakı 24° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

Donor tapa bilmədi - 9 ay donuz böyrəyi ilə yaşadı

CƏMİYYƏT

04 Sentyabr 2026 | 14:51

Donor tapa bilmədi - 9 ay donuz böyrəyi ilə yaşadı

Amerikalı Tim Endryuz doqquz ay ərzində donuz böyrəyi ilə yaşayan ilk insan olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, hipertoniya və diabetdən əziyyət çəkən 66 yaşlı Tim Endryuzun nadir qan qrupu ona donor böyrəyi tapmaqda çətinlik yaradıb. Bu səbəbdən 2025-ci ilin yanvarında Endryuz eksperimental əməliyyata razılıq verib və ona genetik modifikasiya edilmiş donuz böyrəyi köçürülüb.

Orqan fasiləsiz işləyərək qanı təmizləyib ki, bu da xəstəyə iştahasını və əzələ kütləsini bərpa etməyə imkan verib. 271 gün sonra yaranmış tromblar səbəbindən orqanı çıxarmaq lazım gəlib və 2026-cı ilin yanvarında Endryuza uyğun donordan insan böyrəyi köçürülüb.

Ümumilikdə isə ABŞ Qida və Dərman İdarəsinin (FDA) proqramı çərçivəsində başqa müalicə imkanı olmayan beş xəstəyə donuz böyrəklərinin köçürüldüyü bildirilir. Onlardan üçü səkkiz aydan çoxdur ki, həmin orqanlarla yaşayır.

Həkimlər hesab edirlər ki, genetik modifikasiya edilmiş heyvan orqanları transplantasiya gözləyən xəstələr üçün müvəqqəti “körpü” kimi istifadə oluna bilər. Bu isə insan donordan orqan almaq üçün illərlə gözləmək məcburiyyətində qalan xəstələr üçün həll yolu ola bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Sentyabr 2026