• Bakı 24° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

"Mançester" "Sabah"la oyun üçün iştirak ərizəsi verdi

İDMAN

04 Sentyabr 2026 | 15:37

"Mançester" "Sabah"la oyun üçün iştirak ərizəsi verdi

“Sabah”ın rəqiblərindən olan “Mançester Yunayted”in UEFA Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsi müəyyənləşib.

Bakıvaxtı.az bu barədə klubun saytına istinadən xəbər verir.

İngiltərə təmsilçisinin siyahısında aşağıdakı futbolçular yer alıb:

Qapıçılar: Senne Lammens, Karl Darlou, Tom Hiton, Dermot Mi;

Müdafiəçilər: Dioqo Dalot, Nüsseyr Mazraui, Matteys de Liqt, Harri Maquayr, Lisandro Martines, Patrik Dorqu, Luk Şou;

Yarımmüdafiəçilər: Meyson Maunt, Bruno Fernandes, Andrey Santos, Yuri Tilemans, Karlos Baleba, Manuel Uqarte, Eyden Heaven;

Hücumçular: Markus Raşford, Mateus Kunya, Coşua Zirkze, Amad Diallo, Brayan Mbeumo, Taynan Tompson, Benjamin Şeşko.

“Mançester Yunayted” Liqa mərhələsinin ilk turunda sentyabrın 10-da öz meydanında Azərbaycan çempionu “Sabah”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Sentyabr 2026