Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev Xaçmazda yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunan gənclərlə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, sentyabrın 3-də Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev, şəhid ailələri, qazilər, təhsil işçiləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə təhsilin dövlət siyasətindəki xüsusi rolu, gənclərə göstərilən diqqət və qayğı, onların uğurlarının dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.
Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə 57 saylı Xaçmaz şəhər Seçki Dairəsi üzrə ali məktəblərə qəbul olunan 107 tələbə pul mükafatları ilə təltif edilib.
Mərasimdə gənclərə gələcək uğurlar üçün motivasiya verən tövsiyələr ünvanlanıb və onların əldə etdiyi nəticələrin Xaçmaz üçün böyük qürur mənbəyi olduğu qeyd olunub.
Təhsilə verilən dəyər gələcəyə qoyulan ən böyük sərmayədir.













