• Bakı 22° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

Ərzaq qiymətləri son 3 ilin ən yüksək həddinə yüksəlib

DÜNYA

04 Sentyabr 2026 | 14:47

Ərzaq qiymətləri son 3 ilin ən yüksək həddinə yüksəlib

Avqust ayında qlobal ərzaq qiymətləri 2022-ci ilin sonlarından bəri ən yüksək səviyyəyə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, “Bloomberg” Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadən bu barədə məlumat yayıb.

FAO-nun hesabatına görə, ərzaq qiymətləri indeksi avqust ayında iyulla müqayisədə 1,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,5% artaraq orta hesabla 133,3 bənd təşkil edib.

Ən böyük qiymət artımı şəkər, buğda və qarğıdalıda qeydə alınıb. Belə ki, şəkərin qiyməti 11,9%, buğdanın qiyməti 2,6%, qarğıdalının qiyməti isə 2,5% artıb. Ümumilikdə dənli bitkilərin qiyməti 2,2% yüksəlib.

Məlumata əsasən, qlobal ərzaq qiymətlərinin artmasına geosiyasi gərginlik və ekstremal hava şəraiti təsir göstərib.

Avropada müşahidə olunan isti hava dalğalarının məhsuldarlığa mənfi təsir göstərərək bəzi ölkələrin idxaldan asılılığını artıra biləcəyi bildirilir. Bu isə ərzaq təchizatı uğrunda rəqabətin daha da güclənməsinə səbəb ola bilər.

FAO qiymətləndirir ki, hava şəraiti ilə bağlı risklərin yaxın müddətdə əhəmiyyətli dərəcədə azalması ehtimalı aşağıdır. Bu səbəbdən qlobal ərzaq bazarlarının yeni inflyasiya şoklarına qarşı həssaslığını qoruyacağı gözlənilir.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Sentyabr 2026