• Bakı 15° C

    8.78 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Əraqçi Pakistana səfər edəcək

DÜNYA

05 Avqust 2026 | 16:06 | Müəllif: Əli Hüseynov

Əraqçi Pakistana səfər edəcək

İranın xarici işlər naziri Abbas Əraqçi avqustun 7-də Pakistana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistanın “The Nations” nəşri məlumat yayıb.

    Bildirilib ki, Əraqçi səfər çərçivəsində İslamabadda Pakistan rəsmiləri ilə görüşlər keçirəcək. Danışıqlarda ikitərəfli münasibətlər, regional təhlükəsizlik məsələləri və Yaxın Şərqdəki son vəziyyətin müzakirə olunacağı gözlənilir.

    Səfər İran və ABŞ arasında gərginliyin davam etdiyi, eləcə də regionda diplomatik təşəbbüslərin intensivləşdiyi bir dövrə təsadüf edir.

    Qeyd edək ki, Pakistan son dövrlərdə İranla ABŞ arasında mümkün dialoq kanallarının yaradılması istiqamətində vasitəçilik edir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    02 Oktyabr 2026