İran Qəzza zolağındakı vəziyyəti həll etmək üçün İsrail ilə danışıqlarda Fələstin HƏMAS hərəkatının verdiyi istənilən qərarı qəbul etməyə hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident Məsud Pezeşkian HƏMAS Siyasi Bürosunun rəhbəri Xəlil əl-Həyya ilə telefon danışığında bildirib.
"İran Fələstin liderlərinin danışıqlar zamanı verəcəyi istənilən təşəbbüsü və qərarı dəstəkləyəcək", - deyə İran lideri bildirib.
Pezeşkian əlavə edib ki, İranın xarici siyasətinin əsas məqsədlərindən biri Fələstin məsələsinin həlli olaraq qalır.
Bakı 



