• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qəbiristanlıqda İNSİDENT: mollanı söydü, həbs olundu

CƏMİYYƏT

05 Avqust 2026 | 13:26 | Müəllif: Qalib İbrahimoğlu

Qəbiristanlıqda İNSİDENT: mollanı söydü, həbs olundu

Bakıda qəbiristanlıqda insident törədən kişi həbs edilib.

Bakıvaxtı.az-ın "Lent.az"a istinadən xəbərinə görə, hadisə Qaradağ rayonu, Müşfiqabad qəbiristanlığında qeydə alınıb.

56 yaşlı Abbas Xəlilov (şərti adla) sərxoş halda işlədiyi qəbiristanlığa gəlib. Burada naməlum səbəbdən mollanı və ətrafda olan insanları söyüb. Ərazidə xidmətdə olan polis əməkdaşları ona irad bildirib hərəkətini dayandırmağı tələb etsələr də, Abbas qanuni tələbə məhəl qoymayaraq, əməlinə davam edib.

Nəticədə o saxlanılıb və barəsində müvafiq protokollar tərtib olunub.

Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026