• Bakı 28° C

    8.02 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

Yaxın Şərqdə yeni siyasi era başlayır: Ərəb dünyası Türkiyəsiz var ola bilməz

DÜNYA

05 Avqust 2026 | 17:21

Yaxın Şərqdə yeni siyasi era başlayır: Ərəb dünyası Türkiyəsiz var ola bilməz

“Ərəb dünyası Türkiyəsiz var olmadıqlarını çox yaxşı bilir. Vaxtilə Osmanlı dövləti, bu gün isə yalnız Türkiyə ərəb xalqlarını xilas edə və qoruya bilər”.

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Yaxın Şərqdə yeni siyasi era başlayır:

“Livan və İsrail arasında ABŞ-nin vasitəçiliyi ilə davam edən danışıqlar fonunda İsrail tərəfindən Livanın beynəlxalq sərhədlərinin mümkün dəyişdirilməsi məsələsinin gündəmə gətirilməsi fonunda Beyrutdakı siyasətçilər tək imdad yollarının Ankarada olduğunu anlamaqdadırlar. Əgər belə olmasaydı, 17 il sonra ilk dəfə Livan lideri Türkiyəyə gəlməzdi”.

Müsahibimiz deyib ki, əslində bu faktın özü Livandakı siyasi partiyaların ciddi taktiki və strateji səhvləridir. Dediyinə görə, əgər əvvəllər Livanla bağlı ərazi iddiaları ayrı-ayrı radikal siyasətçilərin bəyanatları səviyyəsində səslənirdisə, indi bu məsələnin dövlət siyasəti kontekstində müzakirəyə çıxarılması ehtimalı vəziyyətin xarakterini dəyişir:

“Xüsusilə İsrail maliyyə naziri Betsalel Smotriçin cənubi Livanın ilhaqı ilə bağlı daha əvvəl səsləndirdiyi fikirlər bu baxımdan diqqət çəkir”.

Analitikə görə, burada əsas məsələ Livanın ərazi bütövlüyü deyil:

“Söhbət Yaxın Şərqdə sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yeni presedentinin formalaşması ehtimalından gedir. Çünki ardınca növbədə Suriya, onun ardınca isə digərləri ola bilər. Livan ABŞ-dən kənar təhlükəsizlik dayaqları axtarır. Beyrut başa düşür ki, ancaq Vaşinqtonun təhlükəsizlik təminatlarına arxalanmaq kifayət deyil və regional dayaq"a ehtiyac var. Məhz bu fonda Livan prezidenti Jozef Aunun Türkiyəyə səfəri xüsusi siyasi əhəmiyyət daşıyır. Rəcəb Tayyib Ərdoğanın Livanın cənubunda BMT-nin müvəqqəti sülhməramlı missiyasının gələcəkdə başa çatmasından sonra yeni beynəlxalq təhlükəsizlik sistemində Türkiyənin iştirakına hazır olduğunu açıqlaması Ankaranın mövqeyində mühüm keyfiyyət dəyişikliyinə işarə edir. Bununla, Ankara faktiki olaraq Livanın cənub sərhədlərinin təhlükəsizliyinin təmin olunmasında praktik rol oynamağa hazır olduğunu nümayiş etdirir”.

Zaur Məmmədov: Yaxın Şərqdə yeni təhlükəsizlik konfiqurasiyasının konturları görünməyə başlayır

Z.Məmmədov qeyd edib ki, Livanın Türkiyəyə yaxınlaşması yalnız iki ölkə arasında münasibətlərin inkişafı kimi qiymətləndirilməməlidir:

“Burada daha böyük geosiyasi proses gedir. Beyrut ABŞ-nin vasitəçiliyindən imtina etmədən təhlükəsizlik tərəfdaşlarını şaxələndirməyə çalışır. Ankara isə ilk dəfə daha açıq şəkildə Livanın təhlükəsizlik arxitekturasında praktiki rol oynamağa hazır olduğunu nümayiş etdirir. Beləliklə, Yaxın Şərqdə yeni təhlükəsizlik konfiqurasiyasının konturları görünməyə başlayır. ABŞ vasitəçilik rolunu saxlayır, Livan təhlükəsizlik təminatlarını diversifikasiya edir, Türkiyə isə regional təhlükəsizlik aktorundan regional təhlükəsizlik təminatçısına çevrilmək istiqamətində irəliləyir”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR