• Bakı 24° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

Nepalda daşqın: Ölənlərin sayı artdı

DÜNYA

04 Sentyabr 2026 | 16:36

Nepalda daşqın: Ölənlərin sayı artdı

Nepalda güclü sürüşmə və daşqın nəticəsində ölənlərin sayı artıb.

Bakıvaxtı.az-ın TASS-a istinadən xəbərinə görə, Nepalın Fəlakət Risklərinin Azaldılması və Aradan Qaldırılması Milli İdarəsindən məlumat verilib.

Məlumata görə, daşqın nəticəsində həyatını itirənlərin sayı 1 287-yə çatıb.

Təxminən 5 000 nəfər hələ də itkin düşmüş hesab edilir. 13 000-dən çox insan xilas edilib.

Qeyd edək ki, daha əvvəl ölənlərin sayının 1 252 nəfər olduğu bildirilirdi.

Xatırladaq ki, avqust ayının 26-da Nepalın şimal hissəsində güclü daşqın baş verib. Bu dağıdıcı fəlakətə Çin sərhədində yerləşən "Rasuvaqadhi" keçid məntəqəsinin təqribən 20 kilometr şimal-şərqində yaranan qar uçqunu yol açıb. Sürətlə axan dağ süxurları çay yatağı istiqamətində 70 kilometrdən artıq irəliləyərək yolundakı yaşayış məskənlərini məhv edib və böyük əraziləri su basmasına məruz qoyub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Sentyabr 2026