• Bakı 24° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

Bu ölkə alma idxalını qadağan etdi

DÜNYA

04 Sentyabr 2026 | 17:07

Bu ölkə alma idxalını qadağan etdi

Qazaxıstan 2026-cı ilin sonuna qədər ölkəyə alma idxalını qadağan edib.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq qərar Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qəbul edilib.

Məhdudiyyət dekabrın 31-dək qüvvədə olacaq. Qadağa həm üçüncü ölkələrdən, həm də Avrasiya İqtisadi Birliyinə (AİB) üzv dövlətlərdən Qazaxıstana bütün nəqliyyat növləri ilə alma tədarükünə şamil edilir.

Qərarda bir sıra istisnalar da nəzərdə tutulub. Belə ki, son təyinat məntəqəsi Qazaxıstan olmayan almaların AİB ölkələri arasında Qazaxıstan ərazisindən tranzit daşınmasına məhdudiyyət tətbiq edilməyəcək.

Həmçinin qərar qüvvəyə minməzdən əvvəl göndərən ölkədə ixrac üçün rəsmiləşdirilmiş alma partiyaları qadağadan kənarda qalacaq.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Sentyabr 2026