Niderlandın Vlaardingen şəhərinin limanında polis Türkiyədən gələn yük maşınında iki azyaşlı da daxil olmaqla, 15 qanunsuz miqrant aşkar edib.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, miqrantlar bu marşrutla Böyük Britaniyaya çatmaq niyyətində olublar.
Lakin bütün miqrantlar saxlanılıb. Həmçinin yük maşını sürücüsü də saxlanılıb.
Hazırda onların vətəndaşlığı müəyyənləşdirilir.
Gülşən Şərif




