• Bakı 31° C

    4.16 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

Hamı kabab yesə, sülh olar - Türk kababçı Rubinyana ÇAĞIRIŞ ETDİ

DÜNYA

05 Avqust 2026 | 12:10

Hamı kabab yesə, sülh olar - Türk kababçı Rubinyana ÇAĞIRIŞ ETDİ

Adana şəhərindən olan türkiyəli aşpaz və kabab ustası Uğur Aydın Ermənistan parlamentinin yeni spikeri Ruben Rubinyanı Türkiyəyə dəvət edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Adana Hızlı Haber” nəşri məlumat yayıb. 

Buna erməni siyasətçinin parlamentdə çıxışı zamanı Türkiyə mətbəxini, xüsusilə də “Adana kebab” və “İskəndər kabab” adlı yeməkləri çox bəyəndiyini söyləməsi səbəb olub. 

“Qoy gəlsinlər və qonağımız olsunlar. Əgər hamı birlikdə oturub kabab yesəydi, sülh əldə olunar, bütün problemlər həll olunardı”, - Uğur Aydın Rubinyanı hazırladığı kababı dadmağa dəvət edərək deyib.

Qeyd edək ki, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasının namizədliyini irəli sürdüyü Ruben Rubinyan avqustun 3-də parlamentin yeni sədri seçilib. O, həm də Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə Ermənistanın xüsusi nümayəndəsidir.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Avqust 2026