Qüdsü və fələstinlilərin öz torpaqlarını qoruyub saxlamalarını təmin etmək üçün birgə xilasetmə planı hazırlanmalıdır.
Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Fələstin Xarici İşlər və Qürbətçilər üzrə Dövlət Naziri Farsin Ağabekian Şahin deyib.
O, beynəlxalq ictimaiyyəti İsrailin Qüdsdəki qanun pozuntularının qarşısını almaq üçün tədbir görməyə çağırıb:
"İsrail Qüds üzərində iddia etdiyi suverenliyini tanımaq və ya qanuniləşdirmək üçün atdığı addımlara görə heç bir siyasi, diplomatik və ya iqtisadi bədəl ödəməyəcəyinə inanır".
Gülşən Şərif
Bakı 



