“Fənərbaxça” prezidenti Əziz Yıldırım bəzi sosial media hesablarından şikatəyçidir.
Bakıvaxtı.az Türkiyə mediasına istinala xəbər verir ki, Ə.Yıldırım onlarla bağlı Bakırköy Baş Prokurorluğunda cinayət işi açdırıb.
Baş Prokurorluq İstanbul Polis İdarəsinin Kiber Cinayətlər Bölməsinə məsələni araşdırmaq tapşırığı verib.
Əziz Yıldırım ötən həftə “Fənərbaxça”nın ali şura iclasındakı çıxışında emosional və sərt şəkildə istifadə edərək deyib:
"Məni tənqid etmək asandır. Mən anın adamıyam. Mənim heç bir sirrim yoxdur. İş həyatım açıqdır, ailə həyatım açıqdır. Məni təhqir etmədən istədiyinizi deyə bilərsiniz. Qızımdan nə istəyirsiniz? Dünən gecədən bəri əsəblərim pozulub. Baxın, onlara deyirəm. Bazar ertəsi günü vəkillər onlara qarşı şikayət edəcəklər.
Əgər dövlət heç nə etməsə, mən lazım olanı edəcəyəm. Sosial mediadakı bu ədəbsizliyə son qoyacaqlar. And içirəm ki, onların evlərinə gedəcəyəm. Bizim dəyərlərimiz var. Dəyərlərimizə hücum etməməlidirlər. Mən onların evlərinə gedəcəyəm. Heç nədən qorxmuram. Həbsxanaya gedəcəyəm, rahat yatacağam”.
Murad Məmmədli
Bakı 



