• Bakı 30° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

Ana südünü soyuducuda və dondurucuda nə qədər saxlamaq olar?

CƏMİYYƏT

05 Avqust 2026 | 15:18

Ana südünü soyuducuda və dondurucuda nə qədər saxlamaq olar?

“İşləyən anaların ana südünü sağıb saxlaması təhlükəsiz və tövsiyə olunan üsuldur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova deyib.

Onun sözlərinə görə, sağılmış ana südü təmiz, steril şüşə və ya BPA-sız plastik qabda, yaxud ana südünün saxlanması üçün nəzərdə tutulmuş xüsusi paketlərdə saxlanmalıdır:

“Hər qabın üzərində südün sağılma tarixi və saatı qeyd edilməlidir. Ana südünün saxlanma müddəti aşağıdakı kimidir:
Otaq temperaturunda (25°C-yə qədər) ən yaxşı nəticə üçün 4 saata qədər, uyğun gigiyenik şəraitdə maksimum 6 saata qədər saxlamaq olar. Soyuducuda (4°C və ya daha aşağı) 4 günə qədər saxlamaq mümkündür. Dondurucuda (-18°C və ya daha aşağı) optimal olaraq 6 aya qədər, qəbul edilən maksimum müddət isə 12 aya qədərdir”.

Pediatr qeyd edib ki, əridilmiş ana südü soyuducuda 24 saat ərzində istifadə edilməli və yenidən dondurulmamalıdır:

“Süd mikrodalğalı sobada qızdırılmamalıdır, çünki bu, qida maddələrinin və immunoloji komponentlərin zədələnməsinə, həmçinin qeyri-bərabər qızmaya səbəb ola bilər. Süd ilıq su vannasında və ya axar ilıq su altında tədricən isidilməlidir”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Avqust 2026