2026-cı ilin birinci yarısında xaricdən Rusiyaya turist axını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20 faiz artıb.
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikova açıqlama verib.
Onun sözlərinə görə, bu tendensiyaya Rusiyanın prezident və hökumət səviyyələrində qəbul edilmiş bir sıra qərarlar təsir göstərib. Bu, ilk növbədə viza rejiminin sadələşdirilməsi, Çinlə vizaların ləğvi, Oman, Səudiyyə Ərəbistanı, İordaniya və Myanma ilə vizasız müqavilələrin imzalanması ilə bağlıdır.
Rusiyaya gələn xarici turistlərin ən böyük payı Çinə (22 faizdən çox), Fars körfəzi ölkələrinə, Türkiyə və Hindistana düşür.
Gülşən Şərif
Bakı 



