• Bakı 30° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

Körpəni düzgün əmizdirməyin QAYDALARI 

CƏMİYYƏT

05 Avqust 2026 | 15:29

Körpəni düzgün əmizdirməyin QAYDALARI 

"Körpənin düzgün mövqedə əmizdirilməsi həm onun rahat qidalanması, həm də anada ağrı və narahatlığın yaranmaması baxımından vacibdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Aygün Məmmədova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, əmizdirmə zamanı körpənin başı və bədəni eyni xətt üzrə olmalıdır: 

"Körpənin qarnı ananın qarnına tərəf çevrilməli, ana isə tam uzanmadan özünə rahat mövqe seçməlidir”b.

Pediatrı qeyd edib ki, körpənin döşü düzgün tutması üçün döş giləsi və ətraf hissə onun ağzına uyğun şəkildə yerləşdirilməlidir. Əmizdirmə zamanı körpənin burunla rahat nəfəs almasına da diqqət yetirilməlidir.

Həkim vurğulayıb ki, əmizdirmə zamanı döş nahiyəsində ağrı, gərginlik və ya narahatlıq yaranırsa, bu, körpənin düzgün mövqedə olmamasının əlaməti ola bilər.

“Ana əmizdirmə zamanı ağrı və gərginlik hiss edirsə, mövqeyini dəyişməli və özünə daha rahat vəziyyət seçməlidir”, – deyə Aygün Məmmədova əlavə edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Avqust 2026