• Bakı 14° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

ABŞ 100 tankı körfəzdə batırdı

DÜNYA

05 Avqust 2026 | 12:59 | Müəllif: Əli Hüseynov

ABŞ 100 tankı körfəzdə batırdı

ABŞ həyata keçirilən layihə çərçivəsində istismardan çıxarılmış 100 ədəd köhnə M60 döyüş tankını Meksika körfəzində batırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Məlumata görə, suya endirilməzdən əvvəl tanklardan yanacaq, yağ, sursat və ətraf mühitə zərər verə biləcək bütün hissələr çıxarılıb. Proses ABŞ-ın aidiyyəti qurumlarının nəzarəti altında həyata keçirilib.

Bildirilib ki, tanklar mərcanlar və digər dəniz orqanizmləri ilə örtülərək balıqlar üçün yeni yaşayış məkanına çevrilmək üçün suya atılıb.

Layihənin dəniz biomüxtəlifliyinin artırılmasına töhfə verəcəyi bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026