ABŞ Daxili Təhlükəsizlik Departamenti yüzlərlə haitili miqrantı şəxsən yoxlamaya çağırıb və bu müddət ərzində bəzilərinə elektron bilərziklər taxılıb.
Bakıvaxtı.az "ABC News"a istinadən xəbər verir ki, bu barədə immiqrant hüquqları təşkilatlarının nümayəndələri məlumat yayıb.
Haitidəki Ədalət və Demokratiya İnstitutunun immiqrasiya siyasəti koordinatoru Stiv Foster bildirib ki, müvəqqəti himayə statusuna malik haitililər sığınacaq müraciətlərinin baxılma müddətində olub-olmamasından asılı olmayaraq, Daxili Təhlükəsizlik Departamentindən İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) ofislərində şəxsən iştirak etməyə dəvət məktubu alıblar. Hətta bəzi haitililərə elektron bilərziklər verilib və onlara gələcək məhkəmə tarixləri təyin edilib.
Daxili Təhlükəsizlik Departamentinin sözçüsü bildirib ki, hökumətin bu addımı ABŞ Ali Məhkəməsinin iyun ayında verdiyi qərardan sonra atılıb. Bu qərara görə, prezident Donald Tramp administrasiyası immiqrasiya nəzarətini sərtləşdirmək üçün davam edən kampaniyanın bir hissəsi olaraq 350 000 haitili üçün Müvəqqəti Qorunan Ərazilər proqramını dayandıra bilər.
Gülşən Şərif
Bakı 



