Son 3 il ərzində tibb və səhiyyə ixtisasları üzrə 38 saxta diplom aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 2026-cı ilin II rübü üzrə elektron bülletenində bildirilib.
Agentlik bu barədə məlumatların aidiyyəti dövlət qurumlarına göndərildiyini açıqllayıb.
Məlumata görə, 2025-ci ilin aprel ayından 2026-cı ilin yanvar ayına qədər 30 nəfər tanınma məqsədilə saxta diplom təqdim edib. Eyni zamanda, kvalifikasiyasının tanınmasından imtina edilmiş 50 nəfərin müxtəlif yollarla saxta tanınma şəhadətnamələri əldə etdiyi müəyyən olunub.
Bakı 



