• Bakı 24° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

Azərbaycan mətbəxi “Xalqlar Birliyi İli”ndə iştirakçıları heyran etdi - FOTOLAR

CƏMİYYƏT

04 Sentyabr 2026 | 17:38

Azərbaycan mətbəxi “Xalqlar Birliyi İli”ndə iştirakçıları heyran etdi - FOTOLAR

Rusiyada elan edilmiş “Xalqlar Birliyi İli” münasibətilə Yekaterinburq şəhərində təntənəli tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, hökumət üzvlərinin, deputatların, ictimaiyyət nümayəndələrinin və müxtəlif xalqların təmsilçilərinin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi Rusiyada yaşayan müxtəlif xalqların və etnik qrupların zəngin mədəni irsini, milli adət-ənənələrini, folklorunu və milli mətbəx nümunələrini nümayiş etdirmək, xalqlar arasında qarşılıqlı hörmət, dostluq və həmrəyliyi daha da möhkəmləndirmək olub.

Tədbirdə Azərbaycanı təmsil edən soydaşlarımız da bu mötəbər platformadan layiqincə istifadə edərək xalqımızın tarixi-mədəni irsini, milli dəyərlərini və özünəməxsus adət-ənənələrini yüksək səviyyədə nümayiş etdiriblər.

Azərbaycan stendində milli mətbəximizin seçilən və ənənəvi nümunələri təqdim olunub. Süfrənin zənginliyi, təamların müxtəlifliyi və onların hazırlanma ənənələri iştirakçılarda böyük maraq doğurub. Azərbaycan mətbəxinin özündə xalqımızın tarixini, məişətini, qonaqpərvərliyini və milli dəyərlərini yaşatması tədbirin iştirakçılarına xüsusi şəkildə təqdim edilib.

 “Azərbaycan-Ural” Regionlararası Təşkilatının Ural Federal Dairəsi üzrə rəhbəri, ehtiyatda olan polkovnik Kərim Qasımov Bakıvaxtı.az-a bildirib ki, Azərbaycan milli mətbəxinin zəngin və rəngarəng təamları tədbirdə iştirak edən 125-dən çox iştirakçı tərəfindən böyük maraq və heyranlıqla qarşılanıb. Onun sözlərinə görə, qonaqlar Azərbaycan mətbəxinin yalnız dad zənginliyi ilə deyil, eyni zamanda süfrə mədəniyyəti, təqdimat üslubu və özünəməxsus kulinariya ənənələri ilə seçildiyini vurğulayıblar.

Belə tədbirlər xaricdə yaşayan azərbaycanlıların milli kimliyinin, mədəni irsinin və adət-ənənələrinin qorunması və təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, milli mətbəx xalqlar arasında mədəni dialoqun qurulması üçün ən təsirli vasitələrdən biri kimi çıxış edir. Azərbaycanlıların bu tədbirdə fəal iştirakı da ölkəmizin zəngin mədəniyyətinin və milli dəyərlərinin Rusiyanın müxtəlif bölgələrində tanıdılmasına mühüm töhfə verib.

"Tədbir bir daha göstərdi ki, müxtəlif xalqların milli mətbəxi və mədəniyyəti onların bir-birini daha yaxından tanımasına, qarşılıqlı hörmət və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Azərbaycanlıların təqdim etdiyi zəngin süfrə isə xalqımızın qədim tarixini, qonaqpərvərliyini və milli-mənəvi dəyərlərini özündə əks etdirən gözəl nümunə kimi yadda qaldı" - Kərim Qasımov deyib.

Murad Məmmədli


Azərbaycan mətbəxi “Xalqlar Birliyi İli”ndə iştirakçıları heyran etdi - FOTOLARAzərbaycan mətbəxi “Xalqlar Birliyi İli”ndə iştirakçıları heyran etdi - FOTOLARAzərbaycan mətbəxi “Xalqlar Birliyi İli”ndə iştirakçıları heyran etdi - FOTOLARAzərbaycan mətbəxi “Xalqlar Birliyi İli”ndə iştirakçıları heyran etdi - FOTOLARAzərbaycan mətbəxi “Xalqlar Birliyi İli”ndə iştirakçıları heyran etdi - FOTOLARAzərbaycan mətbəxi “Xalqlar Birliyi İli”ndə iştirakçıları heyran etdi - FOTOLARAzərbaycan mətbəxi “Xalqlar Birliyi İli”ndə iştirakçıları heyran etdi - FOTOLARAzərbaycan mətbəxi “Xalqlar Birliyi İli”ndə iştirakçıları heyran etdi - FOTOLARAzərbaycan mətbəxi “Xalqlar Birliyi İli”ndə iştirakçıları heyran etdi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Sentyabr 2026