• Bakı 13° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

133 evi su basdı - Tümendə

CƏMİYYƏT

05 Avqust 2026 | 11:58 | Müəllif: Əli Hüseynov

133 evi su basdı - Tümendə

Rusiyanın Tümen vilayətinin üç bələdiyyəsində daşqın nəticəsində 130-dan çox yaşayış evini və 2 minə yaxın həyətyanı və bağ sahəsini su basıb.

Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Moor məlumat verib.

"Üç bələdiyyədə 133 yaşayış evini, 1 964 həyətyanı və bağ sahəsini su basıb. 64 nəfər, o cümlədən 9 uşaq təxliyə edilib. Onlardan 41 nəfəri müvəqqəti yerləşdirmə məntəqələrinə yerləşdirilib", - o bildirib.

Regionda Tura, Tavda və Pışma çaylarında daşqın müşahidə olunur. Tümendə və Nijnyaya Tavda kəndində çaylarda suyun səviyyəsi enməyə başlayıb, Tümen dairəsindəki Pışma çayında suyun səviyyəsi artmaqda davam edir, Tura çayındakı daşqın dalğası isə Yarkovo dairəsinə çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR