• Bakı 30° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

Ana xəstələnəndə körpəyə süd verə bilərmi? - Pediatr AÇIQLADI

CƏMİYYƏT

05 Avqust 2026 | 15:24

Ana xəstələnəndə körpəyə süd verə bilərmi? - Pediatr AÇIQLADI

"Ananın yüngül soyuqdəymə və ya qripə bənzər infeksiyaya yoluxması hər zaman ana südü ilə qidalandırmanın dayandırılması demək deyil".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Aygün Məmmədova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, ana yüngül qrip və ya soyuqdəymə keçirirsə, əksər hallarda ana südü verməyə davam edə bilər. Bu zaman maskadan istifadə etməli, şəxsi gigiyena qaydalarına riayət etməli və əllərini tez-tez yumalıdır”.

Həkim bildirib ki, ananın orqanizmində infeksiyaya qarşı yaranan anticisimlər ana südü vasitəsilə körpəyə ötürülə və onun immun müdafiəsinə dəstək ola bilər.

Pediatrın dediyinə görə, ana hər hansı xroniki xəstəlik səbəbindən dərman qəbul edirsə, əmizdirmənin davam etdirilməsi və ya müvəqqəti dayandırılması məsələsi həkim tərəfindən qiymətləndirilməlidir.

“Dərmanların qəbulu zamanı ana mütləq həkimlə məsləhətləşməlidir. Bəzi hallarda dərmanın qəbulu və əmizdirmə rejimi tənzimlənə, bəzi hallarda isə müalicə müddətində ana südü ilə qidalandırmaya müvəqqəti fasilə verilə bilər”, – deyə o vurğulayıb.

A.Məmmədova bildirib ki, bəzi ciddi yoluxucu xəstəliklər, eləcə də müəyyən onkoloji müalicələr zamanı ana südü ilə qidalandırma tövsiyə olunmaya bilər. Xüsusilə kimyaterapiya və radioaktiv maddələrdən istifadə edilən müalicələr zamanı əmizdirmə məsələsi həkim nəzarətində həll edilməlidir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Avqust 2026