• Bakı 29° C

    8.01 m/s

  • USD - 1.7

    EUR - 1.961

    RUB - 2.1031

Beş İcra Hakimiyyəti İT sistemlərini “Hökumət buludu”na köçürdü - SİYAHI

CƏMİYYƏT

06 Avqust 2026 | 10:19

Beş İcra Hakimiyyəti İT sistemlərini “Hökumət buludu”na köçürdü - SİYAHI

Sumqayıt Şəhər İcra Hakimiyyəti, eləcə də Salyan, Şəmkir, Ağsu və Hacıqabul Rayon İcra Hakimiyyətləri öz informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürüblər.

Bu barədə Bakıvaxtı.az-a “AzInTelecom” MMC-dən bildirilib.

Məlumata görə, adıçəkilən İcra Hakimiyyətləri İT resurslarını “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas data mərkəzinə yerləşdiriblər. “AzInTelecom” tərəfindən qurumlara Virtual server – IaaS (İnfrastructure-as-a-Service) xidməti təqdim edilib. Bununla da qeyd edilən qurumlar kritik sistemlərin yüksək əlçatanlığına nail olublar.

Qeyd edək ki, “Hökumət buludu” layihəsi çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Nəticədə qurumların cari İT xərcləri azalır, informasiya sistemlərinin məhsuldarlığı artır. Təhlükəsiz və dayanıqlı İT infrastrukturuna, eləcə də 24/7 rejimində monitorinq xidmətinə nail olunur.

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC bulud xidmətləri sahəsində TIER III beynəlxalq standartları üzrə fəaliyyət göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Avqust 2026