• Bakı 29° C

    8.01 m/s

  • USD - 1.7

    EUR - 1.961

    RUB - 2.1031

Bu imtahanlarda iştirak edənlərin sayı artıb

CƏMİYYƏT

06 Avqust 2026 | 09:57

Bu imtahanlarda iştirak edənlərin sayı artıb

Hazırda tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanları başa çatıb.

Bu barədə Bakıvaxtı.az-a DİM-dən məlumat verilib.

Bu il tam orta təhsil bazası üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin ümumi sayının 2025-ci ildəki 2396 nəfərdən 2026-cı ildə 3332 nəfərə yüksəldiyini (936 nəfərlik və ya 39% artım) müşahidə edilib.

"Müsbət qiymət alanların qeydiyyatdan keçənlərin sayına olan nisbəti (uğur faizi) 2025-ci ildə 34.52%, 2026-cı ildə 41.1% olub. Bu göstəricilər təsdiq edir ki, müraciət edən abituriyentlərin kəmiyyət artımı özünü keyfiyyət yüksəlişində də büruzə verib", - məlumatda qeyd olunub.

Burada müvafiq cədvəllərdə ixtisaslar üzrə qeydiyyatdan keçənlərin, imtahana gəlməyənlərin, qeyri-məqbul alanların, müsbət qiymət alanların sayı, həmçinin plan yerləri ilə tanış olmaq mümkündür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Avqust 2026