• Bakı 29° C

    8.01 m/s

  • USD - 1.7

    EUR - 1.961

    RUB - 2.1031

"Qarabağ" "Dinamo Kiyev"lə qarşılaşacaq

İDMAN

06 Avqust 2026 | 09:06

Qarabağ Dinamo Kiyevlə qarşılaşacaq

Bu gün "Qarabağ" futbol klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Ukrayna təmsilçisi "Dinamo Kiyev"in qonağı olacaq.

Matçı danimarkalı hakimlər briqadası idarə edəcək. Baş hakim Morten Kroq, yan xətt hakimləri Şteffen Bramsen və Viktor Skite olacaq. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. VAR sisteminə Yakb Kelet nəzarət edəcək. Onun köməkçisi isə Yens Maye olacaq.

Polşanın Lyublin şəhərinin "Arena Lublin" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) klubuna penaltilər seriyasında (4:5) uduzaraq mübarizəni Konfrans Liqasında davam etdirmək hüququ qazanıb. "Köhlən atlar" iki oyunun nəticəsinə əsasən rəqibini üstələyəcəyi təqdirdə turnirin pley-off mərhələsinə vəsiqə qazanacaq.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması avqustun 13-də saat 20:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Avqust 2026