• Bakı 28° C

    8.3 m/s

  • USD - 1.7

    EUR - 1.961

    RUB - 2.1031

Ukrayna XİN rəhbəri Azərbaycana başsağlığı verdi

SİYASƏT

06 Avqust 2026 | 12:24

Ukrayna XİN rəhbəri Azərbaycana başsağlığı verdi

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa hərbi əməliyyatlar zamanı Qara dənizdə Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması ilə əlaqədar başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, Ukraynanın xarici işlər naziri hərbi əməliyyatlar zamanı Qara dənizdə baş vermiş hadisə nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması ilə bağlı dərin hüzn hissi keçirdiyini ifadə edib.

Nazir həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığı verərək səbir diləyib. O, eyni zamanda, yaralanan Azərbaycan vətəndaşlarına tezliklə şəfa arzulayıb.

Ukrayna XİN başçısı baş vermiş faciənin hər kəsi dərindən sarsıtdığını qeyd edərək, Azərbaycan xalqı ilə həmrəy olduqlarını vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Avqust 2026