Xəbər verdiyimiz kimi, avqustun 4-də dənizdə batan 2004-cü il təvəllüdlü Ruslan Rafik oğlu Həmidovun meyiti tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, dənizdə batan 22 yaşlı Ruslan Həmidov Milli Aviasiya Akademiyasının Aerokosmik fakültəsinin tələbəsi idi.
Qeyd edək ki, avqustun 2-də Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub. 2009-cu il təvəllüdlü Həmidova Aysel Rafik qızı xilas olunub, ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Həmidov Əli Rafik oğlunun meyiti isə sahildə aşkar edilib.
Avqustun 4-də isə 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafik oğlunun meyiti dalğıclar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Dənizdə batan şəxslər AzTV-nin əməkdaşı, jurnalist Rəhilə Həmidovanın qardaşlarıdır.
Bakı 



