• Bakı 28° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.961

    RUB - 2.1031

Partiya sədrinin müavini Azərbaycan qadını haqda elə şeylər dedi ki: "Həştərxan xoruzu kimi..."

SİYASƏT

06 Avqust 2026 | 14:43

Partiya sədrinin müavini Azərbaycan qadını haqda elə şeylər dedi ki: Həştərxan xoruzu kimi...

Vəhdət Partiyası sədrinin müavini Vasif Əfəndinin sosial şəbəkədə etdiyi paylaşım geniş müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, Vasif Əfəndi paylaşımında 1930-cu illərdə ABŞ-nin Kaliforniya və Filadelfiya çimərliklərində polis əməkdaşlarının çimərlik geyimlərinin uzunluğunu yoxladığını, geyim normalarını pozan şəxslərin cərimələndiyini əks etdirən tarixi fotoları paylaşıb.

O, eyni zamanda 1957-ci ildə İtaliyada çimərlik geyimi qaydalarını pozduğu bildirilən şəxsə polis tərəfindən cərimə yazılmasını əks etdirən fotoya da yer verib.

Paylaşımında ABŞ və İtaliyada olduğu müddətdə yerli əhalinin həyat tərzini müşahidə etdiyini bildirən siyasətçi həmin ölkələrdə qadınların əsasən daha təmkinli geyindiklərini və kosmetik vasitələrdən minimal istifadə etdiklərini qeyd edib.

Azərbaycanla müqayisə aparan Vasif Əfəndi diqqət çəkən ifadələr işlədib.

"Bizdə Həştərxan xoruzu kimi bəzənən, kosmetikanı üzünə yaxan, ayaq, bel və kürəyini açıb ortaya qoyanların sayı inanılmaz dərəcədə çoxdur", - Vasif Əfəndi bildirib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Avqust 2026