• Bakı 26° C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.961

    RUB - 2.1031

Matçı tam analiz edəcəyik - Qurban Qurbanov

İDMAN

06 Avqust 2026 | 23:44

Matçı tam analiz edəcəyik - Qurban Qurbanov

Danışılası çox şey yoxdur. Rəqibi təbrik edirəm. Cavab qarşılaşmasına hazırlaşmalıyıq.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ukrayna təmsilçisi "Dinamo"ya (Kiyev) qarşı keçirdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.

“Onlar çox yaxşı müdafiə olundular və sürətli əks-hücumlara çıxırdılar. Sürəti, dinamikanı qaldırmaq lazım idi. Bəlkə də hava şəraiti buna imkan vermədi. Həddindən artıq isti idi. Futbolçuların üzərinə çox getmək istəmədim. Bakıdakı cavab görüşünə hazırlaşacağıq. Bunun üçün 5-6 gün vaxtımız olacaq. Matçı tam analiz edəcəyik və növbəti oyuna hazırlaşacağıq”, - Q.Qurbanov bildirib.

Qeyd edək ki, "Dinamo" - "Qarabağ" qarşılaşması Kiyev təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Avqust 2026