• Bakı 28° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.961

    RUB - 2.1031

İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi

ŞOU

06 Avqust 2026 | 16:51

İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi

Türkiyəli iş adamı Hakan Dəmirağın kiçik oğlu Ata Dəmirağ ailə həyatı qurub.

Bakıvaxtı.az Axşam.az-a istinadla xəbər verir ki, Ata Dəmirağ Rana Akdağla İtaliyanın məşhur Komo gölü sahilində möhtəşəm toy mərasimi keçirib.

Üç gün davam edən toyda Türkiyə və xaricdən iş və işgüzar dairələrin, eləcə də tanınmış simaların nümayəndələri iştirak ediblər. Şənliklərin ilk günü qonaqlar Komonun məşhur "Villa d'Este" malikanəsində qarşılanıb.

Əsas toy mərasimi isə XVII əsrə aid tarixi Villa Pizzo malikanəsində baş tutub. Komo gölünə açılan mənzərəsi və botanika bağı ilə tanınan məkanda təşkil olunan gecədə xüsusi menyular, dəbdəbəli dekorasiyalar, möhtəşəm atəşfəşanlıq və gecəboyu davam edən əyləncə qonaqlara unudulmaz anlar yaşadıb.

Türkiyə mətbuatının yazdığına görə, dəbdəbəli toy mərasiminə təxminən 3 milyon avro (təxminən 6 milyon manat) xərcləndiyi iddia olunur.

Qeyd edək ki, Hakan Dəmirağ daha əvvəl böyük oğlu Kaan Dəmirağı Əslişah Alkoçlarla evləndirərək gündəmə gəlmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Avqust 2026