• Bakı 27° C

    8.9 m/s

  • USD - 1.7

    EUR - 1.961

    RUB - 2.1031

Zelenski İlham Əliyevə təşəkkürünü bildirdi

SİYASƏT

06 Avqust 2026 | 21:17

Zelenski İlham Əliyevə təşəkkürünü bildirdi

"Ukraynaya rəsmi səfərim zamanı Prezident Volodimir Zelenski tərəfindən qəbul edildiyim üçün məmnunam". 

Bakıvaxtı.az xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Söhbət zamanı Azərbaycan-Ukrayna Strateji Tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri ilə bağlı hərtərəfli müzakirələr apardıq, xüsusən də siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə diqqət yetirdik.

Mən, həmçinin, Prezident Zelenskiyə Cənubi Qafqazdakı münaqişədən sonrakı reallıqlar, sülh gündəliyinin irəliləməsi üçün səylər və Azərbaycanın azad edilmiş ərazilərində aparılan genişmiqyaslı yenidənqurma işləri barədə məlumat verdim.

Prezident Zelenskinin Azərbaycanın Ukraynaya humanitar yardımı ilə bağlı xoş sözlərini və davamlı dəstəyimizə görə Prezident İlham Əliyevə minnətdarlığını yüksək qiymətləndirirəm", - deyə XİN rəhbəri yazıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR