• Bakı 28° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.961

    RUB - 2.1031

"Azyaşlı qızımla münasibət yaşayır": Aktrisanın ATASINDAN İDDİA

CƏMİYYƏT

06 Avqust 2026 | 16:41

Azyaşlı qızımla münasibət yaşayır: Aktrisanın ATASINDAN İDDİA

“Yeraltı” serialında canlandırdığı Mələk obrazı ilə tanınan 17 yaşlı aktrisa Ülkü Hilal Çiftçinin atası Ünal Çiftçi qızının onun razılığı olmadan işlədildiyini və serialdakı tərəf müqabili Hakan Çələbi ilə münasibət yaşadığını iddia edərək İstanbul Anadolu Respublika Prokurorluğuna şikayət edib.

Bakıvaxtı.az Ajans.az-a istinadla xəbər verir ki, səsləndirilən iddialardan sonra gənc aktrisanın əməkdaşlıq etdiyi OnTalent Menecerlik şirkəti açıqlama yayaraq bütün ittihamları təkzib edib.

“Razılığım olmadan işlədilib”

Jurnalist Birsel Altuntaşın yaydığı məlumata görə, Ülkü Hilal Çiftçinin atası Ünal Çiftçi bildirib ki, boşanma prosesində olduğu həyat yoldaşı Kader Çiftçi baş verənlərə etiraz etməyib.

O, prokurorluğa verdiyi ifadəsində qızının OnTalent Menecerlik şirkətində fəaliyyət göstərdiyini, lakin qanuni nümayəndə kimi onun razılığı alınmadan əmək fəaliyyətinə cəlb edildiyini iddia edib.

Ünal Çiftçi menecerlik şirkətinin sahibi Gözdə Yılmaz və aktyor Hakan Çələbidən şikayətçi olduğunu bildirərək, azyaşlı qızının hüquqlarının qorunması üçün lazımi hüquqi tədbirlərin görülməsini tələb edib.

“Qızımdan 10 yaş böyük şəxslə münasibəti olduğunu gördüm”

Atası ifadəsində bunları deyib:

“17 yaşlı Ülkü Hilal Çiftçi adlı qızım var. O, OnTalent Menecerlik şirkətində aktrisa kimi fəaliyyət göstərir. Lakin çəkiliş meydançasında özündən 10 yaş böyük bir şəxslə münasibət yaşadığını qızımın WhatsApp yazışmalarında gördüm və bu vəziyyətdən narahat oldum”.

O, həmçinin bildirib ki, qızının aktyorluq fəaliyyəti ilə bağlı qanuni nümayəndə kimi onun razılığı alınmalı olduğu halda, menecerlik şirkəti bunu etməyib.

Menecerlik şirkəti ittihamları rədd etdi

OnTalent Menecerlik şirkəti sosial şəbəkə hesabında yaydığı açıqlamada iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Şirkət qeyd edib ki, cəmi 17 yaşı olan bir aktrisanın şəxsi həyatı və ailədaxili məsələlərinin ictimai şəkildə müzakirə olunması doğru deyil. Açıqlamada Ülkü Hilal Çiftçinin məxfiliyinin, şəxsi hüquqlarının və “uşağın ali mənafeyi” prinsipinin hər şeydən üstün tutulmasının vacibliyi vurğulanıb.

Şirkət media və sosial şəbəkə istifadəçilərini də eyni həssaslığı göstərməyə çağıraraq, gənc aktrisanın gələcəyinə mənfi təsir göstərə biləcək iddiaların yayılmamasını, artıq dərc olunmuş materialların isə silinməsini xahiş edib.

Açıqlamada həmçinin bildirilib ki, Ülkü Hilal Çiftçinin indiyədək iştirak etdiyi bütün aktyorluq fəaliyyətləri qanuni nümayəndəsinin məlumatı və razılığı əsasında, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib.

Şirkət sonda özü haqqında irəli sürülən həqiqətə uyğun olmayan iddialarla bağlı hüquqi addımlar atmaq hüququnu saxladığını, əsas məqsədinin isə bundan sonra da Ülkü Hilal Çiftçinin hüquqlarını və peşəkar gələcəyini qorumaq olduğunu bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Avqust 2026