• Bakı 27° C

    8.46 m/s

  • USD - 1.7

    EUR - 1.961

    RUB - 2.1031

Dəniz suyu uşaqlarda BU İNFEKSİYALARA səbəb ola bilər

CƏMİYYƏT

06 Avqust 2026 | 17:03

Dəniz suyu uşaqlarda BU İNFEKSİYALARA səbəb ola bilər

Yay aylarında dəniz və çimərliklər uşaqlar üçün ən sevimli istirahət məkanlarından birinə çevrilir. Lakin isti havada sərinləmək və əylənmək üçün dənizə aparılan uşaqların sağlamlığı ilə bağlı müəyyən risklər də nəzərə alınmalıdır. Xüsusilə suyun keyfiyyəti şübhəli olduqda, dəniz suyunun udulması, çirkli su ilə təmas və gigiyena qaydalarına əməl edilməməsi müxtəlif infeksiyalara yoluxma ehtimalını artıra bilər. Uşaqların immun sisteminin böyüklərlə müqayisədə daha həssas olması isə bu məsələyə xüsusi diqqət tələb edir.

Bəs valideynlər uşaqları dənizə apararkən nələrə diqqət etməlidirlər?

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı pediatr Vaqif Qarayev Musavat.com-a danışıb. Pediatrın sözlərinə görə, uşaqlar dənizdə böyük virus ailəsinə məxsus rotavirus infeksiyasına, eləcə də müxtəlif bağırsaq infeksiyalarına yoluxa bilərlər. Bundan başqa, dəniz suyunda dəri zədələnmələrinə və yaralara səbəb ola bilən infeksiyalar da mövcuddur:

"Dəniz suyu, havası və qumu həm uşaqlar, həm də böyüklər üçün çox faydalıdır. Lakin bu bir faktdır ki, dənizə getdikdən bir-iki gün sonra uşaqda qızdırma yaranırsa, bunun əsas səbəbi dəniz suyudur. Uşaqlar dənizdə həm böyük bir virus ailəsinə məxsus rotavirus infeksiyasına, həm də müxtəlif bağırsaq infeksiyalarına tutula bilərlər. Bundan başqa, dəniz suyunda dəri zədələnmələrinə və yaralara səbəb olan infeksiyalar da mövcuddur. Problem nədədir? Rəsmi qurumlar tez-tez müəyyən çimərliklərdə suyun çirkli olması və oraya getməməklə bağlı xəbərdarlıq edirlər. Bu o deməkdir ki, həmin suda infeksiya törədiciləri var. Uşaqda qızdırma, qusma və ishal kimi əlamətlərin yaranması da məhz həmin infeksiyanın göstəricisidir. Dəridə əmələ gələn yaralar da infeksiyanın əlamətidir. Bir sözlə, suyun çirkli olduğu bəlli olan ərazilərdə uşaqların dəniz suyu ilə təması qətiyyən yolverilməzdir. Təəssüf ki, reallıqda bunun əksini görürük. Bir çox valideynlər bu durumu günvurma ilə əlaqələndirirlər və çirkli su ilə təması etiraf etmək istəmirlər. Halbuki günvurmanın əlamətləri tamam başqadır: qızdırma ilə yanaşı davamlı baş ağrıları və ürəkbulanma müşahidə olunur. Xəstəliyin günvurma, yoxsa infeksiya olduğunu yalnız həkim müəyyən edə bilər. Ən böyük tövsiyəmiz odur ki, uşaqlar təhlükəsizliyi bəlli olmayan yerlərdə dəniz suyuna girməsinlər. Uşaq çirkli suyu uddusa, infeksiyaya yoluxması qaçılmazdır"

"Uşaq dəniz suyunu udduqda hansı problemlər yarana bilər?" sualına isə Vaqif Qarayev bu cür cavab verib:

"Suda rotavirus varsa, uşaqda yüksək qızdırma, qusma və ishal başlayacaq. Əgər su dizenteriya, salmonellyoz və s. kimi şiddətli bağırsaq infeksiyası törədiciləri ilə çirklənibsə, oxşar simptomlar müahidə olunacaq. Xəstəliyin mənşəyinin virus, yoksa bakteriya olduğunu həkim müvafiq müayinələrdən sonra təyin edir. Müalicə taktikası da buna əsasən seçilir: bakterial infeksiyalar zamanı mütləq antibiotik təyin edildiyi halda, virus infeksiyalarında antibiotikdən istifadə olunmur".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Avqust 2026