• Bakı 27° C

    8.9 m/s

  • USD - 1.7

    EUR - 1.961

    RUB - 2.1031

Həsən Əliyev və Rövşən Əliyev küçələrində hərəkət məhdudlaşdırılacaq

CƏMİYYƏT

06 Avqust 2026 | 19:53

Həsən Əliyev və Rövşən Əliyev küçələrində hərəkət məhdudlaşdırılacaq

Həsən Əliyev və Rövşən Əliyev küçələrinin bəzi hissələrində hərəkət məhdudlaşdırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, Həsən Əliyev küçəsi - "Koroğlu" metrostansiyası yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Həsən Əliyev və Rövşən Əliyev küçələrində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin məhdudlaşdırılması zərurəti yaranıb.

"Bununla əlaqədar, avqustun 7-si saat 00:00-dan etibarən işlər başa çatanadək Həsən Əliyev küçəsinin Aşıq Molla Cümə və Koroğlu Rəhimov küçələri arasındakı hissəsində, Rövşən Əliyev küçəsinin Böyük İpək Yolu və Araz küçələri arasındakı hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq".

"Sürücülərdən hərəkət istiqamətlərini əvvəlcədən müəyyənləşdirmələri, alternativ yollardan istifadə etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR