ABŞ Prezidenti Donald Tramp Müdafiə naziri Pit Hersetin (Pete Hegseth) fəaliyyətindən razı olduğunu bəyan edib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tramp "NBC News" telekanalına müsahibəsində bildirib.
"Düşünürəm ki, o, ən yaxşılardan biridir. Nədən danışdığımı yaxşı bilirəm. Ağıllı uşaqdır, nə etdiyini bilir və hərbçilər ona hörmət edir", - deyə ABŞ dövlət başçısı vurğulayıb.
Xatırladaq ki, bir qədər əvvəl "The Washington Post" qəzeti Trampın İranla müharibə zamanı tükənən silah ehtiyatları ilə bağlı Hersetdən narazı qaldığına dair məlumat yaymışdı. Tramp isə mətbuata sızdırılan bu xəbərləri təkzib edərək məlumatı yayanların həbs olunacağını bildirib.
Zeynəb Rzayeva
Bakı 



