• Bakı 30° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9633

    RUB - 2.1023

Tərtərdə ər-arvadın ölümünün TƏFFƏRÜATI - Səhər saatlarında...

HADİSƏ

07 Avqust 2026 | 11:39

Tərtərdə ər-arvadın ölümünün TƏFFƏRÜATI - Səhər saatlarında...

Tərtərdə ər-arvadın qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə avqustun 6-sı səhər saatlarında qeydə alınıb.

    1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev həmyerlisi 1941-ci il təvəllüdlü Əsgər Səmədovun yaşadığı evə pəncərədən girib. O, 17 400 manat pulu oğurlayıb, sonra izi itirmək və öldürmək məqsədi ilə gətirdiyi benzinlə evi yandırıb.

    Həmin zaman Ə.Səmədovun və arvadı 1954-cü il təvəllüdlü Adilə Hüseynovanın yuxudan oyandığını görüb qapını bağlayaraq hadisə yerini tərk edib.

    O da məlum olub ki, Vüqar Baxşəliyev əvvəllər Cinayət Məcəlləsinin bir sıra maddələri (177, 178, 320, 312, 326) üzrə məhkum olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    06 Avqust 2026