Milli Hidrometeorologiya Xidmətinin avqustun 8-i üçün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnozu açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz saatlarından etibarən cənub-şərq küləyi ilə əvəz olunacaq.
Paytaxtda havanın temperaturu gecə 22-25 dərəcə isti, gündüz isə 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz, gündüz isə 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Bununla belə, gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur. Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda arabir duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 34-39 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 14-19 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacaq.
Bakı 



