İranın ali lideri Müctəba Xamenei atası Əli Xameneinin ölümünə səbəb olan ABŞ-İsrail hücumlarından bəri İran hökumətinin heç bir üzvü ilə görüşməyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə müxalif “İranWire” nəşri Prezident Administrasiyasına yaxın iki adı açıqlanmayan mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, Xameneinin son dərəcə ağır vəziyyətdə olması barədə xəbərlər geniş yayılıb.
“Onun şəhid olması xəbərini tezliklə eşitsək, təəccüblənmərik”, - mənbələrdən biri deyib.
Qeyd edək ki, Müctəba Xamenei ali lider olandan bəri ictimaiyyət qarşısında çıxış etməyib.
Bakı 



